Qohum funlsiyalar:
Sintaksis:
МАКСА(значение1;значение2;...)
Nəticə:
Qiymətləri mətnlər və məntiqi dəişənlər də ola bilən
verilənlər çoxluğunda ən böyük qiyməti hesablayır.
Arqumentlər:
значение1, значение2,..: maksimal qiymətləri axtarılan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
- arqumentlər ədədlər, boş xanalar, məntiqi qiymətlər və ədədlərin mətn təsviri ola bilər. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalı deyildirsə, onda МАКС funksiyasından istifadə edirlər;
- əgər arqument olaraq massiv və ya istinad götürülürsə, onda yalnız massivin və ya istinadın qiymətləri nəzərə alınır, massiv və ya istinadda boş xanalar və mətnlər nəzərə alınmır;
- ИСТИНА qiyməti 1 kimi, ЛОЖЬ qiyməti isə 0 kimi interpretasiya olunur;
- əgər funksiyanın arqumentlərinin qiymətləri yoxdursa, onda МАКСА funksiyası 0 qiymətini qaytarır.
МАКС funksiyasının təsvirinə bax.
Misal
- Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı cədvəldə verilmişdir.
№ | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
Kvartal üzrə orta əmək haqqı (min manat) | 1,52 | 4,25 | – | 1,58 | 2,73 | 5,11 | 4,1 | 3,72 | – | 3,15 | 4 | 2,95 | 4,17 |
Kvartal üzrə orta əmək haqqının ən böyük qiymətini hesablamalı.
Комментариев нет:
Отправить комментарий