пятница, 11 ноября 2011 г.

МАКСА


Qohum funlsiyalar:
Sintaksis:
     МАКСА(значение1;значение2;...)
Nəticə:
    Qiymətləri mətnlər və məntiqi dəişənlər də ola bilən  
     verilənlər çoxluğunda ən böyük qiyməti hesablayır.
Arqumentlər:
    значение1, значение2,..: maksimal qiymətləri axtarılan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
  •  arqumentlər ədədlər, boş xanalar, məntiqi qiymətlər və ədədlərin mətn təsviri ola bilər. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalı deyildirsə, onda МАКС funksiyasından istifadə edirlər;
  •    əgər arqument olaraq massiv və ya istinad götürülürsə, onda yalnız massivin və ya istinadın qiymətləri nəzərə alınır, massiv və ya istinadda boş xanalar və mətnlər nəzərə alınmır;
  •    ИСТИНА qiyməti 1 kimi, ЛОЖЬ qiyməti isə 0 kimi interpretasiya olunur;
  •    əgər funksiyanın arqumentlərinin qiymətləri yoxdursa, onda МАКСА funksiyası 0 qiymətini qaytarır. 
Riyazi-statistik interpretasiya:
      МАКС funksiyasının təsvirinə bax.
 
Misal
  • Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı cədvəldə verilmişdir.

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
Kvartal üzrə
orta əmək haqqı
(min manat)
1,52
4,25
1,58
2,73
5,11

4,1
3,72
3,15
4
2,95
4,17


Kvartal üzrə orta əmək haqqının ən böyük qiymətini hesablamalı.


Həlli

Məsələni МАКСА funksiyası vasitəsilə həll edək.

1.    İlkin verilənlər cədvəlini tərtib edək:

















2.    Nəticənin yazılacağı xananı seçək ($A$3).
3.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından МАКСА funksiyasını seçək. Bu zaman МАКСА funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4.    Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (B2:O2) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 oyuğunda hesablamanın nəticəsi olan 5,11 qiyməti əmələ gələcəkdir.